Bia.Az

İrandan Fransaya rəğbət, İsrailə nifrət mesajı

Dünya
 9-04-2023, 14:55     192

İran xarici siyasətində ermənipərəst Fransa ilə yaxın münasibət saxlamaqda davam edir.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Fransa Xarici işlər naziri Katrin Kolonna Pekində görüşüb. Bu görüşdə ikitərəfli münasibətlərin müxtəlif məsələləri, o cümlədən ümumi regional və beynəlxalq maraq doğuran məsələlər müzakirə edilib. İki ölkənin xarici işlər nazirləri qarşılıqlı hörmətin və birgə dialoqların davam etdirilməsinin zəruriliyini vurğulayıblar.

Eyni zamanda İran ötən həftə İsrailə qarşı hədyan dolu mesajlar verib, dünyanı bu dövlətə qarşı durmağa çağırıb. İİR Prezidenti İbrahim Rəisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı “sionist rejimin vəhşilikləri ilə mübarizə yollarını araşdırmaq məqsədi üçün” İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclasını keçirmək istədiyini vurğulayıb.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani: “Təcavüzkar sionist rejimin Livanın cənubunda və Qəzza zolağında mülki ərazilərə hücumlarını qətiyyətlə pisləyirik. Biz beynəlxalq ictimaiyyətdən və məsul beynəlxalq qurumlardan qəsbkar sionist rejimin təcavüzkar hərəkətlərinə effektiv cavab vermələrini xahiş edirik”.

İslami Təbliğat Koordinasiya Şurasının İntifada və Qüds qərargahının rəhbəri Sərdar Ramazan Şərif isə bunları deyib:
"Sionistlər Netanyahunun hərəkətləri və onun iddia edilən məhkəmə islahatlarının planının səbəb olduğu, həmçinin, İordan çayının qərb sahilində baş verən hadisələr və müqavimət qruplarının, fələstinlilərin yetişən gənc nəslinin cəsur hərəkətləri nəticəsində yaranan etirazlarla və siyasi xaosla üzləşiblər.
Bəzi sionist məmurların etiraf etdiyi saxta, uşaq öldürən və müvəqqəti rejimin süqutu qətidir və cinayət törətmək, orta əsr cinayətlərinə əl atmaq onları xilas etməməklə yanaşı, rejimin tənəzzül və məhvolma sürətini daha da gücləndirəcək. Bu bir həqiqətdir ki, Allahın lütfü ilə İslam ümməti və dünyanın hürriyyətsevər və haqqpərvər xalqı Dünya Günündə “Qüds” hayqıracaq".

Nədənsə, İranın yadına 30 illik işğal dövründə azərbaycanlı müsəlmanların tapdanan hüquqları, ermənilər tərəfindən dağıdılan məscidlərin aqibəti düşmədi və indi də düşmür…скачать dle 12.1