Bia.Az

Pentaqondan ŞOK ETİRAF: Vəziyyət ciddidir -12 ay ərzində...

Dünya
 3-04-2023, 00:38     271

Hərbi Hava Qüvvələrinin general-leytenantı Maykl Şmidtin sözlərinə görə, fevral ayından etibarən ABŞ-ın 540-dan çox F-35 bazasında xidmətə yararlı təyyarələrin orta aylıq nisbəti 53,1% təşkil edir. Bu onu göstərir ki, döyüş, nümunəvi uçuşlar, təlim və sınaq kimi zəruri tapşırıqların yalnız bir qismini yerinə yetirmək mümkündür.

Musavat.com xəbər verir ki, Şmidt Nümayəndələr Palatasına verdiyi hesabatda vəziyyətin ciddiliyini açıqlayıb.

F-35-lərin bütün tapşırıqları yerinə yetirmə nisbətinin 30 faizdən az olduğu bildirilib.

"Bu qəbuledilməzdir və hazırlığı maksimuma çatdırmaq mənim prioritetimdir. Məqsədim növbəti 12 ay ərzində hazırlıq dərəcələrini ən azı 10% artırmaqdır" - Şmidt deyib.

Digər tərəfdən, hazırlıq problemləri hələ də davam edir. Bu problemi həll etmək üçün minimum 1,5 milyard dollar xərclənməlidir. Pratt & Whitney şirkəti 2030-cu illərin ortalarına qədər mühərrikləri yeniləyərək problemi həll etmək barədə söz versə də, problemin həllinin ən az 10 il çəkəcəyi bildirilir.


Qeyd edək ki, ən azı 10 F-35 döyüş təyyarəsi sırf eniş qurğusuna görə heç bir döyüş olmadan qəzaya uğrayıb.скачать dle 12.1