Bia.Az

Sinqapurda gün ərzində rekord yoluxma qeydə alındı

Dünya
 18-04-2020, 16:41     357

Sinqapurda gün ərzində rekord yoluxma qeydə alındıSinqapurda ötən sutkada günlük rekord sayda - 942 nəfərə koronavirus diaqnozu qoyulub.

“bia.az” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bildirilib ki, bundan öncə yüksək göstərici yanvar ayında qeydə alınmışdı.

Məlumata görə, Cənub-Şərqi Asiya ölkəsində yoluxanların sayı 6 minə çatır.

Qeyd edək ki, Sinqapur koronavirusun yayılması ilə mübarizə aparan nümunəvi dövlət sayılsa da, aprel ayında yoluxanların sayında kəskin artım müşahidə edilib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 258 000-i ötüb. Bunların 575 837 nəfəri sağalıb, 154 388 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.скачать dle 12.1