Bia.Az

Smbatyan: “Ermənistan-Rusiya münasibətləri yeni şəkildə qurulmalıdır”

Dünya
 1-04-2023, 16:01     339

“Genetik olaraq ermənilərin təhlükəsizlik və özünüqoruma hissi Rusiya ilə bağlıdır. Bir çox erməni Rusiya dövlətçiliyinin qurulmasında iştirak edib. Bütün bunları bilə-bilə yeni münasibətlər qurmalısan. Bunu sənət vasitəsilə də etmək mümkündür”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın İsrail və Rusiyadakı keçmiş səfiri Armen Smbatyan deyib. 
Onun sözlərinə görə, əvvəllər Azərbaycan və Ermənistanın elm və mədəniyyət nümayəndələri bir neçə görüş keçiriblər ki, bu görüşlərdə Qarabağ məsələsi müzakirə olunmayıb.


“Məqsəd ondan ibarət idi ki, Azərbaycan və Ermənistanda cəmiyyətin savadlı hissəsi gələcək nəsillərin mənafeyinə uyğun sivil şəkildə ünsiyyət qurmaq üçün belə əlaqələr yaratsın. Lakin sonradan bu proses dayandı”, - deyə erməni diplomat bildirib.скачать dle 12.1