Bia.Az

“Putin hərbi cinayətkardır, törədiklərinə görə cavab verməlidir”

Dünya
 23-03-2023, 14:00     170

Florida qubernatoru, ABŞ-ın Respublikaçılar partiyasının gələcək seçkilərdə əsas namizədlərdən sayılan Ron DeSantis Vladimir Putini "müharibə cinayətkarı" adlandırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, britaniyalı jurnalist Pirs Morqanla televiziya müsahibəsində danışıb.

Ron DeSantinin sözlərinə görə, onun öncələr Rusiyanın Ukraynaya qaşrı başlatdığı işğalçı müharibə ilə bağlı dedikləri (DeSantis həmin savaşın ərazi mübahisəsindən irəli gəldiyini demişdi-red.) səhv anlaşılıb.

Yaxın günlərdə Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürəcəyi gözlənilən Ron DeSantis ötən həftə bir çoxlarının təpkisinə səbəb olan belə bir açıqlama yaymışdı: "ABŞ-ın bir çox həyati milli maraqları var, lakin Ukrayna və Rusiya arasında ərazi mübahisəsinə daha çox qarışmaq bu maraqlardan biri deyil.

“Ərazi mübahisəsi” ifadəsi tanınmış respublikaçılar arasında belə kəskin tənqidlərə səbəb olub.

Ron DeSantis Pirs Morgana müsahibəsində, bu bəyanatın "yanlış anlaşıldığını" dilə gətirib: "Aydındır ki, Rusiya Ukraynanı işğal edib... Krıma soxulub və oraları ələ keçirib. Lakin bununla belə Rusiyanın Ukraynada hakimiyyəti devirmək və NATO-nu hədələmək qabliyyəti yoxdur. Bu bizim bölgədə geniş şəkildə iştirakımız üçün əsas yaratmır. Lakin mənim, Rusiyanın hərəkətlərinə istənilən şəkildə haqq qazandırmam barədə səslənən fikirlər cəfəngiyyatdan başqa bir şey deyil”.

DeSantis Putinin bu müharibədən qalib gəlməyəcəyinə əmin olduğunu bildirib.

Florida qubernatoru Rusiya prezidenti Vladimir Putinin Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarı barədə danışıb. "Məncə, o, hərbi cinayətkardır və məsuliyyətə cəlb edilməlidir", - deyə o, bildirib.

Ron DeSantis ABŞ-da fikirlərinə diqqət ediləsi siyasətçilərdən sayılır, çünki son sorğulara görə, o, respublikaçı seçicilər, o cümlədən Donald Trampa səs verənlər arasında böyük populyarlığa malikdir. DeSantis indi Trampın Respublikaçılar Partiyası daxilində ən ciddi potensial rəqibi kimi görünür.скачать dle 12.1