Bia.Az

https://cdn.musavat.com/news/thumbnails/eb9c8759f7d0e6175f3396c4ca63aec3.jpg

Dünya
 15-03-2023, 15:43     140

AK Partiya sədri və prezident Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantısından sonra jurnalistlərin suallarını cavablandırıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı "Cümə günü Finlandiya prezidentinin gələcəyini dediniz, Finlandiya məsələsi gələn həftə parlamentdə olacaqmı? Bu məsələ həll olunacaqmı?" sualına belə cavab verib: “İnşallah, üzərimizə düşəni edəcəyik, sözümüzə əməl edəcəyik, cümə günü onunla görüşəcəyik”.

“Bu görüşdən sonra Finlandiyanın NATO-ya üzvlüyünü təsdiq edəcəksinizmi?” sualına isə Ərdoğanın cavabı bu cür olub:


 “Nə olursa olsun, biz prosesi aparacağıq, sözümüzü tutacağıq, üzərimizə düşəni edəcəyik”.скачать dle 12.1