Bia.Az

Hindistan Qərbin Rusiya ilə bağlı qərarını dəstəkləyirmi?

Dünya
 14-03-2023, 02:02     155

Rusiyanın neft tədarükü ilə bağlı faktiki məlumatlar Hindistan tərəfinin Qərbin sanksiyalarını, o cümlədən rus neftinin qiymət limitini dəstəklədiyini təsdiqləmir.

Axar.az xəbər verir ki, bunu rusiyalı iqtisadi ekspert Yevgeni Mironyuk deyib.

"Rusiya neftinin Avropadan Asiyaya ixracının istiqamətinin dəyişdirilməsi böyük ölçüdə başa çatıb. Beləliklə, hazırda Rusiya ixracının 4/5-dən çoxu yalnız Çin və Hindistanın payına düşür. Hazırda diqqət qiymət endiriminə yönəlib. Faktiki tədarük rəqəmləri Hindistanın sanksiyalara qoşulmaq niyyətini təsdiqləmir", - Mironyuk bildirib.


Qeyd edək ki, ötən gün "Blumberq" mənbələrə istinadən yazıb ki, Hindistan Qərbin Rusiyaya qarşı sanksiyalarını pozmamağa və G7-nin təsdiq etdiyi neftin qiymətinin tavanına əməl etməyə qərar verib.скачать dle 12.1