Bia.Az

Tbilisidən Vaşinqtona: Bunu deməklə bizi təhqir edirsiniz

Dünya
 12-03-2023, 18:26     178

Gürcüstanın Rusiya ilə istənilən müqayisəsi qəbuledilməzdir. Bu müqayisənin kimin aparması önəmli deyil, əsas odur ki, gürcü xalqı bunu qəbul etməyəcək.

Globalinfo.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili ABŞ səfirinin xarici agentlər haqqında qanun layihəsinin Kremldən ilhamlanaraq hazırlandığı iddiasına cavabında deyib.

“Səfirlər başa düşməlidirlər ki, Gürcüstanla Rusiyanın müqayisəsi gürcü xalqını təhqir etmək deməkdir. Üstəlik, bu müqayisə özündə heç bir əsasa sahib deyil. Bir tərəfdən biz totalitar rejimin olduğu Rusiyadan bəhs edirik, digər tərəfdən demokratik Gürcüstandan danışırıq. Bunu görməmək olmaz. Gürcü xalqı bunu qəbul etməyəcək”, – o bildirib.скачать dle 12.1