Bia.Az

Almaniyada koronavirusun yayılması nəzarət altına alındı

Dünya
 17-04-2020, 16:00     328

Almaniyada koronavirusun yayılması nəzarət altına alındı"Almaniyada bu gündən infeksiya nəzarət altında və nəzarət edilməsi mümkün vəziyyətdədir".

"bia.az” “Euronews”a istinadən xəbər verir ki, bunu Almaniyanın səhiyyə naziri Yens Span bildirib.

O, mart ayının ortalarından başlayaraq sosial və iqtisadi sahələrdə həyata keçirilən məhdudiyyətlərin uğurlu olduğunu söyləyib.

Nazir deyib ki, aprelin 12-dən etbarən koronavirusdan sağalanların sayı hər gün artır.

Xatırladaq ki, Almaniyada 138 135 koronavirusa yoluxma, 4 093 ölüm faktı qeydə alınıb. İndiyədək 81 800 pasiyent sağalaraq xəstəxanalardan evə buraxılıb.скачать dle 12.1