Bia.Az

TƏCİLİ! “Kabus ssenarisi” ÜZƏ ÇIXDI, Zelenski nöqtəni qoydu - ŞOK AÇIQLAMA

Dünya
 10-03-2023, 15:04     149

Litva hərbi kəşfiyyat xidməti Ukraya-Rusiya müharibəsi ilə bağlı hesabat dərc edib.

Musavat.com "Daily Mail"ə istinadən xəbər verir ki, məlumata görə, Rusiyanın Ukrayna müharibəsini daha iki il davam etdirəcək qədər silah-sursatları var.

Hərbi kəşfiyyat rəhbəri Elegijus Paulavicius mövzu ilə bağlı açıqlama verib: “Soyuq müharibənin uzun illərində Rusiya silah və texnika yığırdı. Biz gözləyirik ki, onun resursları indiki kimi şiddətli müharibə üçün daha iki il kifayət edəcək”.

Paulavicius, həmçinin vurğulayıb ki, qiymətləndirmə heç bir xarici ölkənin Moskvaya hərbi yardım göstərməyəcəyi perspektivindən də asılıdır. Yəni Çin, İran, Şimali Koreya kimi ölkələr Rusiyaya dəstək versə, bu müddət daha da uzana bilər.

Hərbi analitiklər Litva hərbi kəşfiyyat xidmətinin yayımladığı hesabatı “kabus ssenarisi” olaraq xarakterizə ediblər.

Bu xəbər yayılandan sonra Ukrayna lideri Volodimir Zelenski danışıqlara olan ümidi məhv edən açıqlama verib.


“Rusiya Federasiyasının prezidenti sözünün üstündə durmadığı üçün biz onunla danışacaq vəziyyətdə deyilik” - deyən Ukrayna lideri Putinlə görüş ehtimalının qapısını tamamilə bağlayıb.скачать dle 12.1