Marqarita Simonyan Gürcüstanı hədələdi-“Tbilisiyə zərbələr endiriləcək”

Rusiyanın “RT” kanalının baş redaktoru Marqarita Simonyan Gürcüstanı təhdid edib.
Musavat.com xəbər verir ki, o, bu barədə Teleqram kanalında yazıb.
Simonyan bildirib ki, 2008-ci ilin avqustu təkrarlanarsa, heç kim Gürcüstana kömək etməyəcək:
“Sadəcə olaraq, seçim etmədən birbaşa Tbilisiyə zərbələr endiriləcək. Çünki indi hisslərlə davranmaq vaxtı deyil",-deyə Simonyan bildirib.