Bia.Az

Vaşinqtonun “vuracağıq” hədəsinə Kim Çen Inın bacısından müharibə cavabı

Dünya
 8-03-2023, 02:02     158

“ABŞ-nin Sakit okeana sınaq buraxılışı zamanı Şimali Koreyanın qitələrarası raketini vurmaq cəhdi Pxenyan tərəfindən müharibə elanı kimi qəbul ediləcək”.

Bunu KXDR rəhbəri Kim Çen Inın bacısı, Fəhlə Partiyası Mərkəzi Komitəsinin sədr müavini Kim Yo Çjon deyib.

“Strateji silahlarımıza qarşı belə bir hərbi əməliyyat aparılarsa, bu, KXDR-ə qarşı açıq-aşkar müharibə elanı kimi qəbul ediləcək”, - deyə şimali koreyalı rəsminin bəyanatında bildirib.

Onun sözlərinə görə, belə vəziyyətlərdə Pxenyan hərbçilərinin hərəkətlərinin proseduru göstərilib.

Qeyd edək ki, ABŞ-nin Hind-Sakit Okean Komandanlığının rəhbərinin Şimali Koreyanın qitələrarası ballistik raketinin Sakit okeana buraxılacağı təqdirdə onun vurulacağını bildirdiyi barədə KİV-də məlumat yayılıb.

Kim Yo Çjon bu cür bəyanatları qəbuledilməz və çılğınlıq adlandırıb.//Oxu.azскачать dle 12.1