Bia.Az

Tiflisdə gərgin anlar: polis aksiyaya sərt müdaxilə etdi

Dünya
 8-03-2023, 01:56     147

Tiflisdə parlament binası qarşısında keçirilən aksiyanı dağıtmaq üçün polis gözyaşardıcı qaz və su şırnağından istifadə edib.

Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, "Xarici agentlər" haqqında qanun layihəsinə etiraz edən kütlə polisin sərt müdaxiləsindən sonra dağılıb.

Bundan sonra polis parlamentin əsas girişinin yerləşdiyi Rustaveli prospektinə yerləşib. Rustaveli prospektində hələ də insanların olduğu deyilir.

DİN nümayəndələri səsgücləndiricilərlə toplaşanlara dağılışmalarını tələb edib, əks halda onlara qarşı “qanuni tədbirlər” tətbiq olunacağını bildirib.

Hazırda nümayişçilər polisin tələblərinə tabe olmurlar.

***
Etiraz aksiyasının iştirakçıları bir neçə saat əvvəl parlament tərəfindən bu vəzifəyə təsdiq edilmiş yeni Ombudsman Levan İoselaianiyə yumurta atıblar.

Bu barədə Gürcüstan İctimai Yayımının Birinci Kanalı məlumat yayıb.

Məlumata görə, mitinqə vəziyyətlə tanış olmaq üçün gələn İoselianinin üstünə su atıblar və onu “Rusiyanın xidmətçisi” adlandırıblar. O, polisin müşayiəti ilə mitinqi tərk etməli olub.скачать dle 12.1