Bia.Az

İranda müəllimlər kütləvi etiraz aksiyalarına çağırış ediblər - FOTO

Dünya
 7-03-2023, 15:39     148

İran Təhsil İşçiləri Həmkarlar İttifaqı Təşkilatlarının Koordinasiya Şurası martın 7-də kütləvi etirazlara çağırış edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

“Biz, etirazçılar, bioloji təzyiqlərə və vətəndaşların, xüsusən də şagirdlərin həyatına təhdidlərə son qoyulmasını tələb edirik”, - deyə çağırışda bildirilib.

Bununla yanaşı, 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı aksiyaların keçiriləcəyi ilə əlaqədar olaraq müxtəlif qurumların bəyanatları yayılıb.скачать dle 12.1