Bia.Az

Türkiyə daxil olmaqla 5 ölkəyə şok xəbərdarlıq: Görünməmiş hadisələr olacaq

Dünya
 7-03-2023, 00:57     161

Elm adamları Türkiyənin də daxil olduğu coğrafiyadan narahat olduqlarını bildirib.

Ölkə.az xəbər verir ki, Almaniyada yerləşən Max Planck İnstitutunun Reviews of Geophysics elmi jurnalında dərc edilən araşdırma Türkiyə üçün yaxınlaşan təhlükəni ortaya qoyub.

Araşdırmaya görə, Şərqi Aralıq dənizi və Yaxın Şərq regionu yaxın gələcəkdə görünməmiş ekstremal hava hadisələri ilə sarsılacaq. Bölgədəki temperatur artım sürətinin qlobal orta göstəricidən təxminən iki dəfə yüksək olacaq.

Türkiyənin də daxil olduğu bölgə ölkələri qarşıdakı illərdə isti dalğaları, quraqlıq, toz fırtınaları və həddindən artıq yağıntı kimi böhranlar yaşayacaq. Əsrin sonuna kimi bölgədə havanın temperaturunun 5 dərəcə artacağı, xüsusilə yay aylarında misli görünməmiş yandırıcı istilərin olacağı təxmin edilir.

Araşdırmada bildirilir ki, lazımi tədbirlər dərhal alınmazsa, yağıntının miqdarının azalması ilə bölgə çox ciddi su və qida böhranı yaşayacaq.
Bütün iqtisadi sektorlar böhrandan təsirlənəcək və bölgədə yaşayan 400 milyon insan dağıdıcı təsirlərlə üzləşəcək. Sahil əraziləri və bir çox yerlərdə kənd təsərrüfatı torpaqları su səviyyəsinin qalxması ilə yox olmaq təhlükəsində olacaq.

Hesabatda iqlim böhranından zərər çəkəcək ölkələr arasında Türkiyə ilə yanaşı Yunanıstan, Qətər, Suriya və Səudiyyə Ərəbistanı da yer alıb. Siyasi böhranların və münaqişələrin yaşandığı regionda iqlim böhranı ilə mübarizədə ölkələrin bir araya gəlməsinin çətin olduğu da qeyd edilib.(Busaat.az)скачать dle 12.1