Bia.Az

Türkiyədə dağılmış binaların tikintisində iştirak edən 247 nəfər həbs edilib

Dünya
 6-03-2023, 01:14     134

Türkiyədə zəlzələlər zamanı uçan yaşayış binaları ilə bağlı cinayət işi üzrə 247 nəfər həbs edilib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, təbii fəlakət zonasında yerləşən əyalətlərin prokurorluq orqanlarının qərarları ilə fevralın 6-dan indiyədək dağıdılmış binaların tikintisində iştirakda şübhəli bilinən 997 nəfər saxlanılıb.

Saxlanılanlardan 247-si həbs edilib, 322 şübhəli isə polis nəzarətinə verilib.

Bundan başqa, 198 şübhəlinin tutulması və 102 nəfərin həbsi üçün order verilib.скачать dle 12.1