Bia.Az

“İnsanların həyatı çöküb, üstəlik 20 il borc ödəyəcəklər?!”

Dünya
 5-03-2023, 14:08     216

“Zəlzələdən sağ çıxanlar 20 il müddətində pul ödəməklə yeni evlərinə sahib ola biləcəklər! Allah razı olsun! İnsanların həyatı çöküb, üstəlik 20 il də borc ödəyəcəklər?!”

Yeniavaz.com xəbər verir ki, bu sözləri tanınmış türkiyəli aktyor, yaratdığı “Recep İvedik” obrazı ilə məşhurlaşan Şahan Gökbakar özünün sosial media hesabında yazıb.
“Onda “Milyard Şou” verilişi ilə telefonda milyardlarla pulu niyə və kimə yığmısan, qardaş?!”, – deyə aktyor etirazını bildirib.
Xatırladaq ki, Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələlərdən sonra ölkənin məşhur simaları televiziyaların ortaq yayımında “Türkiyə Tək Ürək” kampaniyası üçün bir araya gəlib. Kampaniyada 115 milyard 146 milyon 528 min lirə (təxminən 10,3 milyard manat), SMS vasitəsilə edilən ianələrdə isə 9 milyondan çox SMS ilə milyonlarla lirə toplanıb.
Qeyd edək ki, Türkiyə Konstitusiyasının 7269 sayılı Qanununa görə, təbii fəlakətlər zamanı mülkləri dağılan və ya xəsarət alan şəxslərin zərəri dövlət tərəfindən aradan qaldırılır. Daha sonra həmin şəxslər sözügedən borcu dövlətə kateqoriyalarından asılı olaraq 5-20 il müddətinə geri qaytarırlar.
скачать dle 12.1