Bia.Az

İki ölkə arasında GƏRGİNLİK - Hərbi gəmilər hərəkətə keçdi

Dünya
 5-03-2023, 13:05     151

Çin Sakit okeanda gərginliyi artıran addım atıb.

Musavat.com xəbər verir ki, Çin donanmasına aid onlarla gəmi Filippinin istifadəsi altında olan və suverenliyi mübahisə doğuran Titu adasının ətrafında dayanıb.

Filippin Sahil Mühafizəsinin açıqlamasına görə, Titu adasının yaxınlığında Çin donanmasına aid sahil mühafizə gəmisinin müşayiəti ilə 42 Çin hərbi gəmisi görünüb. Bəyanatda gəmilərin yerləşdirilməsi Filippinin ərazi bütövlüyünün açıq şəkildə pozulması kimi qiymətləndirilib.

Qeyd edək ki, Titu Filippinin Cənubi Çin dənizindəki ən böyük və strateji əhəmiyyətli forpostu hesab olunur. Adada Çin Hərbi Dəniz Qüvvələri tərəfindən maliyyələşdirilən və “kiçik mavi adamlar” kimi tanınan, mənsubiyyəti naməlum silahlı dəstələrin olduğu iddia edilir.

Filippin prezidenti Ferdinand Markos Pekinin dənizdəki təcavüzkar fəaliyyətinə etiraz edib, ölkəsinin bir ovuc torpağından imtina etməyəcəyini söyləyib.скачать dle 12.1