Bia.Az

NATO generalından Rusiya ilə bağlı SENSASİON MƏLUMAT

Dünya
 4-03-2023, 17:45     152

Ukraynada genişmiqyaslı müharibə başlayandan Rusiyanın 200 000-dən çox əsgəri, 1800-dən çox zabiti öldürülüb və yaralanıb.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin baş komandanı general Kristofer Kavoli bildirib.

O, bu müharibənin miqyasının inanılmaz olduğunu vurğulayaraq Rusiyanın Ukraynaya hücumundan sonra NATO-nun yeni reallığa uyğunlaşmasının vacibliyini söyləyib.

Komandanın sözlərinə görə, Rusiya ordusu orta hesabla gündə 23 mindən çox artilleriya mərmisi atır: “Ruslar həmçinin 2000-dən çox əsas döyüş tankını itirib”.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, müharibə başlayandan bəri Rusiya 152 190 hərbçisini itirib.скачать dle 12.1