Bia.Az

İYİ Partiya "Altılı masa"dan çıxıb?

Dünya
 4-03-2023, 01:41     242

Türkiyənin İYİ Partiyası "Altılı masa"dan çıxmayıb.

Axar.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə partiyadakı mənbə bildirib.

"Hələlik alyansdan çıxmaq barədə dəqiq qərar verilməyib. Belə bir qərar olarsa, ictimaiyyətə məlumat verəcəyik", - mənbə bildirib.

Qeyd edək ki, ötən gün partiya lideri Maral Akşənər Türkiyənin altı müxalifət partiyasının alyansından çıxacağına eyham vuraraq, alyansın artıq xalqın real maraqlarını əks etdirmədiyini deyib. Mübahisə isə ona görə yaranıb ki, iclasda beş partiya prezidentliyə Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun namizədliyini irəli sürüb,

 İYİ Partiyası isə İstanbul və Ankara bələdiyyə sədrlərinin namizədliyini müzakirə etmək niyyətində olub.скачать dle 12.1