Bia.Az

Rusiya ordusu ilə bağlı ŞOK İDDİA - Putin susur...

Dünya
 1-03-2023, 15:30     165

Rusiyanın İrkutsk vilayətindən səfərbər edilənlər hazırlıq keçmədən Ukraynanın olduqca möhkəm istehkama malik Avdeyevka şəhərinə hücuma göndəriliblər.

Musavat.com xəbər verir ki, bu barədə “Dojd” kanalı məlumat yayıb.

Hərbçilərin bu şəkildə “cəzalandırılmalarının” əsas səbəbi onların yuxarı komandanlığı tənqid etmələri olub. Əsgərlərin dediyinə görə, 1439-cu alayın səfərbər olunanlardan təşkil edilən birinci və ikinci batalyonları dərhal hücuma göndərilib: “Ərazi müdafiəsinə cəlb olunmağımızı gözləyirdik, lakin bizi heç yerə köçürmürlər”, - deyə onlardan biri bildirib.
Bundan əvvəl İrkutskdan səfərbər olunan əsgərlər 3 dəfə Vladimir Putinə müraciət edərək onları həmlə bölüklərindən ayırmalarını istəyiblər. Müraciətdə əsgərlər səfərbərlik yolu ilə gətirilən hərbi qulluqçuların orta yaş həddinin 35-40 olduğunu, çoxlarının xroniki xəstəliklər daşıdığını, artıq çəkiyə malik olduqlarını, hücumda ancaq qurban gedəcəklərini söyləyiblər.
“Komandanlıq üzümüzə bizim “qurbanlıq material” olduğumuzu deyir”, - deyə müraciətdə göstərilib.
Əsgərlərin bildirdiyinə görə, qondarma “DXR”dən olan komandirlər həmlə bölüklərinə getmək istəməyən səfərbər olunan hərbçilərə avtomatlardan atəş açırlar.
Fevralın 26-da İrkutsk vilayətinin qubernatoru İqor Kobzev Hərbi Prokurorluqdan bununla bağlı izahat tələb etdiyini və yaxın gələcəkdə vilayətdən səfərbər olunanaların yeni məntəqəyə köçürüləcəyinə söz verdiyini açıqlayıb.скачать dle 12.1