Bia.Az

Türkiyədə ölənlərin sayı 45 mini ötdü…

Dünya
 1-03-2023, 14:08     164

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) Kahramanmaraş mərkəzli zəlzələlərdə 45 min 89 nəfərin həyatını itirdiyini açıqlayıb.

BİA.az xəbər verir ki, qurumun verdiyi məlumata əsasən, 7,7 bal gücündə ilk zəlzələdən sonra 11 min 20 afterşok qeydə alınıb.

Son məlumata görə, Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığda 1 milyon 971 min 589 vətəndaş bölgədən təxliyə edilib.

Bildirilib ki, zəlzələ baş verən ərazilərdə yerli və  beynəlxalq axtarış-xilasetmə heyətindən ibarət ümumilikdə 6368 nəfər fəaliyyət göstərir.скачать dle 12.1