Bia.Az

MİT-DƏN UĞURLU ƏMƏLİYYAT – 60 nəfəri şəhid edən terrorçu ələ keçirildi + FOTO/ VİDEO

Dünya
 28-02-2023, 15:54     152

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Süleymaniyyə şəhərində növbəti uğurlu əməliyyata imza atıb.
“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyat nəticəsində müxtəlif vaxtlarda 12 terror aktı həyata keçirərək 60 türk hərbçisini şəhid edən PKK-lı terrorçu Ramazan Günəş saxlanılaraq, Türkiyəyə gətirilib.
Türkiyə mətbuatı yazır ki, 2008-ci ildə PKK terror təşkilatına qoşulan Ramazan Günəş uzun illərdir ki, Hakkari, İraq və Suriyada fəaliyyət göstərir. 2009-cu ildə təşkilatın sözdə xüsusi təyinatlı bölməsinə seçilən “Seroş” kod adlı terrorçu 19 oktyabr 2011-ci ildə Çukurca vilayətinin Jandarma Komandanlığı, Jandarma Asayiş Komando Bölük Komandanlığı başda olmaqla müxtəlif bölgələrdə həyata keçirilən hücumlarda iştirak edib. 

Ramazan Günəş 2011-2017-ci illər arasında Hakkari Çukurcada 12 terror aktına qatııb və bu hücumlarda 57-si əsgər, 1-i polis, 2-si kənd mühafizəçisi olmaqla 60 təhlükəsizlik əməkdaşı şəhid olub.

MİT-in bir illik araşdırması nəticəsində Ramazan Günəşin İraqın Süleymaniyyə şəhərində gizləndiyi məlum olub. Daha sonra bölgədəki MİT əməkdaşları “təhlükəsiz zona” hesab edilən ərazidə onun yaşadığı ünvana basqın edərək, yaxalayıblar. Saxlanılan terrorçu MİT əməkdaşlarının xüsusi üsullarıyla Türkiyəyə sağ gətirilib.





Azpolitika.infoскачать dle 12.1