Bia.Az

Estoniyada koronavirusa yoluxanların sayı artdı

Dünya
 16-04-2020, 16:30     291

Estoniyada koronavirusa yoluxanların sayı artdıEstoniyada daha 34 nəfərdə koronavirus aşkarlanıb.

“bia.az” xəbər verir ki, bunu ölkənin Respublika Səhiyyə Departamenti açıqlayıb.

Məlumata görə, Baltikyanı ölkədə qeydə alınmış koronavirusa yoluxma hallarının sayı 1 434 nəfərə çatıb. Estoniyada indiyədək pandemiyanın qurbanlarının sayı isə 36 nəfərdir. 133 nəfər isə sağalaraq xəstəxanadan evə buraxılıb.

Bildirilib ki, yanvarın 31-dən bəri ölkədə 36 000-dən çox koronavirus testi keçirilib.

Qeyd edək ki, martın 13-də Estoniyada fövqəladə vəziyyət elan edilib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 090 000-i ötüb. Bunların 516 659 nəfəri sağalıb, 135 226 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.скачать dle 12.1