Bia.Az

Fransa narahatdır - Əgər ABŞ və Rusiya bunu etsə...

Dünya
 23-02-2023, 16:48     168

Fransa Rusiyanın Yeni Strateji Silahların Azaldılması Müqaviləsindən (START) çıxmaq qərarından təəssüfləndiyini bildirib.

Musavat.com xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda bildirilib ki, Fransa hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin ölkəsinin Yeni START-da iştirakını dayandırmasından təəssüflənir, ABŞ-ın nüvə sınağı keçirəcəyi təqdirdə Rusiyanın da buna bənzər cavab verməyə hazır olduğunu bəyan etməsi narahatlıq doğurur. Həmçinin Yeni START-ın beynəlxalq nüvə silahlarının idarə olunması və strateji sabitliyin qorunması baxımından mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.
Fransa XİN xatırladıb ki, NATO müttəfiqləri fevralın 3-də Rusiyanın öhdəliklərinə əməl etməməsi səbəbindən bu müqavilənin zəiflədilməsi ilə bağlı narahatlıqlarını ifadə edib, NATO Rusiyanı öhdəliklərini yerinə yetirməyə və tezliklə müqaviləyə qayıtmağa çağırıb.
Paris Moskvanı nüvə müharibəsinin və silahlanma yarışının qarşısının alınması ilə bağlı 3 yanvar 2022-ci il tarixli bəyannaməsinə əməl etməyə dəvət edib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Rusiyanın qitələrarası nüvə ballistik raket imkanlarını cilovlamağı qarşısına məqsəd qoyan ABŞ-la Yeni START-da iştirakını dayandıracağını açıqlayıb.скачать dle 12.1