Bia.Az

Fransa Ukraynaya tank yollayacaq

Dünya
 20-02-2023, 03:31     143

Parisin Ukraynaya göndərdiyi “AMX-10RC” təkərli tanklarI həftə sonunda təhvil veriləcək.

APA-nın məlumatına görə, bunu Fransanın müdafiə naziri Sebastyan Lekornu “Parisien” nəşrinə müsahibəsində deyib.

“Bu tanklar həftənin sonunda təhvil veriləcək”, - deyən nazir şəxsi heyətin hazırlığının başa çatdığını bildirib.

Eyni zamanda, Lekornu çatdırılacaq tankların sayını dəqiqləşdirməyib. “Forces Operations” nəşri ordudakı yazır ki, Kiyev 14 zirehli maşın alacaq.скачать dle 12.1