Bia.Az

Berlindən İrəvana "Dağlıq Qarabağ" qadağası

Dünya
 18-02-2023, 14:48     145

Dünyanın ən böyük turizm sərgisi olan Beynəlxalq Turizm Birjası (İTB) Berlinin təşkilatçıları Ermənistana sərt xəbərdarlıq ediblər.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, ITB Berlin Ermənistanın İqtisadiyyat Nazirliyinə məktub göndərərək sərgi zamanı "Dağlıq Qarabağ"la bağlı məlumatların yer aldığı bukletlərdən, kataloqlardan və broşürlərdən istifadəni qadağan edib.

Tələbi əsaslandırmaq üçün məktubda BMT Təhlükəsizlik Şurasının Qarabağın Azərbaycan ərazisi olması və işğal edildiyi barədə dörd qətnaməsinə istinad edilib.

Məşhur şirkətin bu addımı Ermənistanın sosial şəbəkə seqmentində əsl çaxnaşma yaradıb. Ermənilər bir-birlərini ittham edirlər.

Keçmiş təhsil və elm naziri Armen Aşotyan sosial şəbəkədə yazıb ki, erməni tərəfi ilk dəfədir belə bir məktub alır.


O, Baş nazir Nikol Paşinyan və onun komandasını xarici siyasət əlaqələrini düzgün qurmamaqda ittiham edib.скачать dle 12.1