Bia.Az

“KREMLDƏ AGENTLƏRİMİZ VAR...” – “Onlar bu müharibəyə qarşıdırlar”

Dünya
 15-02-2023, 11:55     155

Putinin ətrafında müharibəni dəstəkləməyənlər var, onlardan bəziləri bizimlə əməkdaşlıq edirlər.

“AzPolitika.info” Ukrayna KİV-inə istinadla xəbər verir ki, bu barədə Ukrayna hərbi kəşfiyyatının nümayəndəsi Andrey Çernyak “İefimerida” nəşrinə açıqlamasında danışıb.

O, bildirib ki, Ukrayna hərbi kəşfiyyatı Kremlin yuxarı eşalonundan məlumat alır.

“Baş Kəşfiyyat İdarəsi minlərlə mənbədən daxil olan məlumatları idarə edir. O cümlədən Rusiyada olan agentura şəbəkəsindən də məlumat alır. Müharibədə biz qanunun yol verdiyi bütün vasitələrdən istifadə edirik. Biz, hətta Putinin ən yaxın ətrafı ilə əməkdaşlığın da mexanizmini tapmışıq. Bu adamlar ölkələrində heç bir şübhə doğurmurlar, hamısı "böyük Rusiya”nın qatı tərəfdarları kimi tanınır”, - Çernyak danışıb.


O, qeyd edib ki, Putinin ətrafında onun Ukrayna siyasətini dəstəkləməyən kifayət qədər adam var.

“Onlar bu müharibəyə qarşıdırlar. Lakin inandırıcı deyil ki, onlar bunu Ukraynaya dost münasibəti hiss etdiklərinə və ya ümumiyyətlə müharibəyə nifrət etdiklərinə görə edirlər. Bunu özlərinin şəxsi maraqlarına görə edirlər. Hansısa öz həyatını, hansısa öz pulunu xilas etmək üçün. Ukraynaya müdaxilədən sonra bəziləri sürətlə öz təsir gücünü və pullarını itirməyə başladı. Bu önların xoşuna gəlmir”, - hərbi kəşfiyyatın nümayəndəsi əlavə edib.

Çernyak deyib ki, həmin adamlar indi hansısa inqilabi addımlara hazır deyillər, amma Putin hakimiyyəti itirərsə, onu məhv edəcəklər.
скачать dle 12.1