Bia.Az

Rusiyada kriminal avtoritetlərə qarşı əməliyyat: 48 azərbaycanlı…

Dünya
 7-02-2023, 12:59     151

Moskva yaxınlığındakı Mıtişi şəhərində kriminal avtoritetlərin yığıncağına polis müdaxilə edib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, xüsusi təyinatlı polis dəstələri olan SOBR və OMON-un əməkdaşları qanunsuz silah və narkotik vasitələrin ticarəti ilə məşğul olan 50-dən çox şəxsi saxlayıblar.

Saxlanılanlardan 48 nəfərin Azərbaycan, 4-ü Ermənistan, Tacikistan və Dağıstandan olduğu bildirilib.

Onlardan cinayət fəaliyyətində iştiraklarının yoxlanılması üçün barmaq izi götürülüb.

Bundan əlavə, saxlanılanların üzərində “Sayqa” karabini, beş travmatik tapança və bıçaq aşkarlanıb.скачать dle 12.1