Bia.Az

AB-dən Tiflisə xəbərdarlıq: Sanksiya tətbiq edəcəyik

Dünya
 6-02-2023, 00:54     161

Gürcüstan Rusiya ilə aviaəlaqəni bərpa edərsə, Avropa Birliyi Tiflisə sanksiya tətbiq edəcək.

Axar.az xəbər verir ki, bunu AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrellin mətbuat katibi Peter Stano deyib.

“Rusiya ilə Gürcüstan arasında aviaəlaqənin mümkün bərpası ilə bağlı son müzakirələrdən xəbərdarıq. Avropa Birliyi Gürcüstanı Rusiyanın aviasiya sənayesinə qarşı tətbiq etdiyi sanksiyalara qoşulmağa və sanksiyalardan yayınma cəhdlərinə qarşı ayıq olmağa çağırır”, - Stano bildirib.скачать dle 12.1