Bia.Az

İstanbuldakı konsulluqlar niyə bağlanır? - Soylu: "46 milyard dolları eşidən kimi başladlar"

Dünya
 3-02-2023, 13:06     155

“Qərb ölkələri heç bir sübut təqdim etmədən, terror təhlükəsi bəhanəsi ilə diplomatik nümayəndəlikləri bağlamaqla Türkiyəyə qarşı psixoloji müharibə aparırlar”.

Azpost.info xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

“ABŞ və Qərb bizim müstəqil və azad olmağımızı istəmir. Onlar bu psixoloji müharibəni “60 milyon turist qəbul etməyi planlaşdırırıq və 46 milyard dollar turizm gəliri əldə etmişik” xəbərini elan etdiyimiz gün başlayıblar”, – nazir deyib.

Soylu əlavə edib ki, terror aktları ehtimalını açıq şəkildə bəyan edən və bu cür hadisələrin baş verdiyi yerlərin adını çəkən ölkələrin heç biri Türkiyənin təhlükəsizlik qurumları ilə əlaqə saxlamayıb: “Bundan əvvəl ABŞ və Fransa səfirlikləri Avropada baş verən “Quran” yandırma aksiyalarına görə Türkiyənin böyük şəhərlərində, xüsusən də İstanbulda əcnəbilərə qarşı terror aktlarının törədilməsi ehtimalı ilə bağlı xəbərdarlıq etmişdilər. Bundan sonra Niderland, Almaniya, Fransa və Böyük Britaniya təhlükəsizlik səbəbilə vətəndaşları qəbul etmək üçün İstanbuldakı baş konsulluqlarını bağladı”.скачать dle 12.1