Bia.Az

İran hərbi obyektləri kimin vurduğunu açıqladı - RƏSMİ

Dünya
 2-02-2023, 12:39     145

"İlkin araşdırmalarla müəyyən edilib ki, İsfahanda İran Müdafiə Nazirliyinin obyektinə hücuma görə İsrail məsuliyyət daşıyır".

DİA.AZ Bakupost.az-a istinadla xəbər verir ki, bunu İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Amid Səid İrəvani deyib.


“İlkin araşdırmanın nəticələri göstərir ki, sionist rejim (İsrail nəzərdə tutulur-red.) Müdafiə Nazirliyinin İsfahan şəhərindəki obyektinə edilən terror aktına görə məsuliyyət daşıyır. Bu rejimin hərəkətləri beynəlxalq hüququ pozur və pislənir”, - deyə İrəvaninin BMT baş katibi və bu təşkilatın Təhlükəsizlik Şurasının sədrinə göndərdiyi məktubda vurğulanır.
скачать dle 12.1