Mariupolda güclü partlayışlar baş verir

Ukraynanın Donetsk vilayətinin işğal altındakı Mariupol şəhərində hava həyəcanı siqnalı elan edilib.
Axar.az xəbər verir ki, bu barədə Mariupolun qanuni şəhər başçısının müşaviri Petro Andryuşenko Teleqramda yazıb.
O, azı 7 güclü partlayış səsinin qeydə alındığını bildirib.