Bia.Az

ABŞ-dən İrana qarşı yeni sanksiyalar

Dünya
 1-02-2023, 02:03     134

ABŞ Ticarət Nazirliyi İrandan olan yeddi təşkilatı Rusiya Silahlı Qüvvələrinə və onun hərbi-sənaye kompleksinə yardım etdiyinə görə “qara siyahı”ya salıb.

Müvafiq bildiriş çərşənbə axşamı ABŞ hökumətinin rəsmi sənədlər toplusunun Federal Reyestrinin elektron bazasına daxil olub.
Siyahıya, xüsusən aviasiya sənayesinin bir neçə müəssisəsi, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələri daxil edilib.

“Bu yeddi təşkilatın ABŞ hökuməti tərəfindən Rusiya Silahlı Qüvvələrinə və onun hərbi-sənaye kompleksinə yardım edərək, ölkəmizin milli təhlükəsizlik maraqlarına və ya ABŞ-nin xarici siyasətinə zidd fəaliyyət göstərdikləri müəyyən edilib”, - sənədin mətnində deyilir.
Bildirilir ki, “qara siyahı”ya düşmək həmin təşkilatlara qarşı ixrac nəzarəti tədbirlərinin tətbiqi deməkdir.//Oxu.azскачать dle 12.1