Pakistanda məsciddə partlayışda 61 nəfər ölüb, 150 nəfər yaralanıb - VİDEO
Pakistanın Pişəvər şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 61 nəfərə çatıb.
APA-nın xəbərinə görə, bu barədə TV5 kanalı xəbər verib.
Televiziya 150 nəfərin yaralandığını bildirir. Hazırda xəstəxanalarda 60 nəfər müalicə alır.