Bia.Az

İrəvanda əməliyyat: Qalstyan saxlanıldı

Dünya
 31-01-2023, 01:54     153

İrəvanda silah alverçisi kimi tanınan David Qalstyan yenidən saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Bildirilib ki, bir neçə saat əvvəl maskalı əməliyyatçılar Qalstyanın evinə daxil olublar. Hazırda o, vəkilləri ilə birgə Milli Təhlükəsizlik Xidmətindədir.

Onun yeni cinayət işi ilə əlaqədar saxlanıldığı bildirilib.

Xatırladaq ki, Qalstyan və onunla birlikdə Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan sursat təchizatından sui-istifadədə ittiham olunurlar.

 Onlar 2021-ci ilin sentyabrında həbs ediliblər, lakin 2022-ci ilin martında Qalstyan 100 min dollar girov müqabilində azad edilib.скачать dle 12.1