Bia.Az

Klublararası dünya çempionatı 2022-ci ilin yayında keçirilə bilər

Dünya
 14-04-2020, 17:08     323

Klublararası dünya çempionatı 2022-ci ilin yayında keçirilə bilərKoronavirus pandemiyasına görə təxirə salınan klublararası dünya çempionatının təqribi keçirilmə vaxtı müəyyənləşib.

"bia.az" AS nəşrinə istinadən xəbər verir ki, mundial 2022-ci ilin iyununda təşkil oluna bilər.

Yarış 2021-ci il 17 iyun - 4 iyul tarixlərinə nəzərdə tutulurdu. Amma AVRO-2020-nin növbəti ilə təxirə salınması klublararası dünya çempionatının da vaxtının dəyişməsinə səbəb olub.

Qeyd edək ki, turnir yeni formatda və 4 ildən bir keçiriləcək. İştirakçılarının sayının 7-dən 24-ə yüksəldiləcəyi gözlənilir.скачать dle 12.1