Bia.Az

Paşinyan “türk”, “ermənilərin qatili”, “satqın” şüarları ilə “qarşılandı

Dünya
 28-01-2023, 13:46     154

Ermənistanın baş naziri Nikol Paşinyan hakim fraksiya nazirləri və müavinlərinin müşayiəti ilə Yerablur hərbi panteonuna baş çəkib. Musavat.com erməni mediasına istinadən bildirir ki, ölən hərbçilərin valideynləri Nikol Paşinyanı “türk”, “ermənilərin qatili”, “satqın” adlandıraraq “alqışlayıblar”. Onlar həmçinin müxtəlif təhqiramiz sözlər səsləndiriblər.

Ermənistan mediasının Yerablurdan olan müxbirinin verdiyi məlumata görə, 44 günlük müharibədən sonra Nikol Paşinyanın iştirakı ilə Yerablurda keçirilən bütün tədbirlər kimi Ordu Gününə həsr olunmuş tədbir də media üçün qapalıdır.

Ərazi çoxlu sayda polis əməkdaşı, qırmızı berelilər tərəfindən qorunur. Hətta panteonun aşağı hissəsində çoxlu sayda avtobusları olan polislər var.

Qeyd edək ki, ötən həftə Basarkeçərdə yanan əsgərlərin valideynləri də Paşinyana onları qəbul etmək üçün 3 gün vaxt vermişdilər./Musavat.comскачать dle 12.1