Bia.Az

“MOSKVA PAŞİNYANI VARDANYANLA ƏVƏZ ETMƏK İSTƏYİR” – “The Washington Times”

Dünya
 26-01-2023, 15:59     139

“Rusiya rejimi Cənubi Qafqazda etnik münaqişə yaratmaq və İrəvanda hakimiyyəti Moskvanın proksisi ilə əvəzləmək üçün Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniləri manipulyasiya edir”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “The Washington Times” nəşrində yayımlanan məqalədə bildirilir.

Qeyd olunur ki, Rusiya hazırda Ermənistanın Baş naziri Nikol Paşinyanı separatçı “dağlıq qarabağ respublikası”nın “dövlət naziri”, erməniəsilli rusiyalı biznesmen Ruben Vardanyanla əvəz etməyə hazırlaşır.

Bildirilir ki, Moskvadakı müzakirələrdən sonra, 2022-ci ilin noyabrında Ruben Vardanyan Qarabağda “dövlət naziri” təyin edilib: “Vardanyan Ermənistanın yeni milli lideri roluna namizəddir və Rusiya tərəfindən tam siyasi, maliyyə və media dəstəyi ilə növbəti parlament seçkilərində iştirak etməyə hazırlaşır”.

Nəşr yazır ki, Rusiyanın ən varlı şəxslərindən biri olan Ruben Vardanyan Rusiya Prezidenti Vladimir Putinlə kifayət qədər yaxındır: 

“Vardanyan ofşor şirkətlər vasitəsilə çirkli pulların yuyulmasında və pul vəsaitlərinin Putinin ətrafında olan nüfuzlu şəxslərə köçürülməsində ittiham olunur. 2022-ci ilin martında Avropa parlamentinin üzvləri Vardanyanın “Troyka Dialoq” investisiya bankının rəhbəri olaraq fəaliyyətinin araşdırılmasına dair çağırış ediblər. O, həmin ilin sentyabrında Qərbin sanksiyalarından qaçmaq üçün Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçüb”.
скачать dle 12.1