Bia.Az

Putin üçün hazırlanan bunkerlər harada yerləşir?

Dünya
 26-01-2023, 11:05     147

Rusiya Prezidenti Vladimir Putinin çoxlu bunkeri var. Ancaq bunların hamısı uzun müddət yaşamaq üçün uyğun deyil.

Axar.az xəbər verir ki, bunu SSRİ DTK-nın və Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş əməkdaşı Sergey Jirnov deyib.

Jirnov Stalinin dövründə Kremlin altında bunker olduğunu təsdiqləyib:

“Stalinin zamanında metro xətti çəkilmişdi ki, o, istənilən vaxt sakitcə Kremli tərk edə bilərdi. İkinci bunker “Ramenki-43” adlanır və Moskvada yerləşir.

Bundan əlavə, bütün xüsusi xidmət orqanlarının bunkerləri var. Eləcə də DTK-nın və Baş Qərargahın da bir neçə bunkeri mövcuddur.


Novo-Oqaryovoda da Putin üçün bunker qazılıb. Onun, əlbəttə ki, yaşayış yeri olan yerdə bunkerləri var. Sual onların nə qədər dərin olması və uzun müddət yaşamaq üçün təchiz olunmasıdır. Belə bunkerlər o qədər də çox deyil”.скачать dle 12.1