Bia.Az

Bu ölkələr suverenliklərini itirib - Volodin

Dünya
 25-01-2023, 12:02     163

Estoniya və Latviya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq qərarı çoxdan qəbul edilməli idi.

Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

“Suverenliklərini itirdikləri üçün bu ölkələrlə əməkdaşlıq mümkün deyil. Baltikyanı ölkələrin liderləri müstəqilliklərini elan etsələr də, əslində onlar üçün bütün qərarlar Vaşinqton və Brüsseldə verilir. Məhz Baltikyanı ölkələrdə hakimiyyət daha çox milli azlıqlara təcavüz edir, insanlara ana dilində danışmağı qadağan edir, müstəqil jurnalistləri və hüquq müdafiəçilərini təqib edir”, - Volodin bildirib.скачать dle 12.1