Bia.Az

"Məmurlar isti ölkələrdə əylənir, biz hər şeyə barmaqarası baxırıq" - Ovannisyan

Dünya
 24-01-2023, 18:16     154

“Ukraynada bir qrup yüksək rütbəli məmur (baş prokurorun müavini və s.) İspaniyada bir neçə gün qaldığına görə işdən çıxarılıb. Amma Ermənistanda isə belə deyil”.

Konkret.az xəbər verir ki, bu sözləri ekspert Vahe Ovannisyan öz məqaləsində yazıb.
O vurğulayıb ki, “Belə bir ənənə Rusiyada da mövcuddur. Nümayişkaranə şəkildə eyş-işrət çəkən məmurlar və ictimai xadimlər qanunla cəzalandırılır və ya ciddi qınaqla qarşılaşır.
COVID məhdudiyyətləri günlərində Boris Consonun təntənəli yığıncağa qatılması ictimai normalara uyğun gəlmədi və o, işdən çıxarıldı. Çünki bunlar fərqliliklərinə baxmayaraq, dövlətçilik ənənələrinə malik dövlətlərdir.
Vahe Ovannisyan daha sonra yazıb: “İndi gəlin Ermənistana keçək. Ölkənin baş naziri 1-2 ay əvvəl döyüşlərin və çoxlu sayda qurbanların getdiyi Cermukda komandası ilə şənlik edirdi. 15 hərbçinin yandırılması faktından ölkənin titrədiyi günlərdə belə o, əylənirdi. Yeri gəlmişkən, dünən mən müxalifətə təklif etmişdim ki, bu faktla baş nazirə etimadsızlıq prosesinə başlanılsın. Hələ səs yoxdur. Yəqin ki, bu, elan edilmiş “Gündəliyimiz”ə sığmır.
Əslində problem təkcə Nikolla məhdudlaşmır. Biz elə bir cəmiyyətik ki, hər şeyə barmaqarası baxırıq. Amma bu gün Ermənistanda ciddi problemlər var. Onlar aşağıdakılardır:
“Artsax”-ın blokadasına baxmayaraq, məmurlar isti ölkələrdə əylənir. Siyasi xadimlər xaricdən tətil fotolarını yerləşdirirlər. Media rəhbərləri, ermənilərin tanınmış simaları kef və əyləncə yerlərindən paylaşımlar edirlər.
Ölkə prezidenti sərgərdan pianoçu statusundadır və heç bir münasibətlə, heç bir hadisə ilə bağlı xalqı ilə danışmır. Titullu müxalifət liderləri aylarla camaatla danışmır, ünsiyyət saxlamır. Ziyalıların, savadlı təbəqələrin qısır susqunluğundan tutmuş müxtəlif çevrələrin konformizminə qədər ictimai anomaliyaların siyahısını davam etdirmək olar.
Niyə bu baş verir? Bunu cəmiyyətin ümumi keyfiyyətinə aid etmək olar, lakin cəmiyyətin ictimai deqradasiyasını, parçalanmasını dərinləşdirmək üçün bu keyfiyyətlərin məqsədyönlü şəkildə təşviq edilməsi də istisna olunmur. Cəmiyyətimiz vəhşiləşib, insanlar yalnız öz boşqabının içini düşünən adi adi istehlakçıya çevrilib”.скачать dle 12.1