Bia.Az

Kiyev vətəndaşlarını Gürcüstandan çıxarır?

Dünya
 24-01-2023, 18:05     142

Tiflislə Moskva arasında hava əlaqəsi bərpa edildikdən sonra Ukrayna öz vətəndaşlarını Gürcüstandan təxliyə edə bilər.

Axar.az xəbər verir ki, bunu Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov deyib.

Onun sözlərinə görə, Gürcüstandakı ukraynalıların həyatı rusların kütləvi axını səbəbindən təhlükə altında olarsa, təxliyə həyata keçiriləcək:

“Diplomatlar artıq Gürcüstandan olan vətəndaşların Ukraynaya qayıtmasına şərait yaradırlar. İndi biz Ukrayna əhalisinin həqiqətən geri qayıtmaq imkanı olmayan ən həssas təbəqələri üçün xüsusi evakuasiya marşrutlarının təşkili imkanlarını müzakirə edirik”.скачать dle 12.1