Bia.Az

Kreml ətrafında artıq üç “Pansir-C1” ZRK yerləşdiriblər – “Müharibə kuliminasiya mərhələsinə qədəm qoyur”

Dünya
 23-01-2023, 13:38     163

İndi «Pansir-C1» zenit-raket kompleksləri Moskvanın mərkəzi zonasını qoruyur və üçbucaq təşkil edir ki, onun daxilində Kreml yerləşib.

Moskvanın mərkəzində Kremlin ətrafındakı binaların damında artıq üç «Pansir-C1» hava hücumundan müdafiə kompleksi yerləşdiriblər. Daha bir qurğunu Rusiya Federasiyası Daxili İşlər Nazirliyi baş idarəsinin yerləşdyi binanın damında (Petrovka 38 ünvanında) qeydə alıblar. Qeyd olunur ki, orada sistemi hələ yanvarın 18-də yerləşdirməyə başlayıblar. Bu, artıq üçüncü hava hücumundan müdafiə kompleksidir ki, Rusiya paytaxtının mərkəzində qurublar. Daha ikisi RF Müdafiə Nazirliyinin damında yerləşdirilib (Frunze sahilində və Teterinsk döngəsində).

«Evergreen Intel»-in analitikinin Tvitterdə qeyd etdiyi kimi, indi «Pansir-C1» zenit-raket kompleksləri Moskvanın mərkəzi zonasını qoruyur, bu üçbucağın daxilində Kreml yerləşir. Hər bir zenit-raket artilleriya sisteminin faktiki fəaliyyət zonalarının bir-birinə yaxınlığına baxmayaraq, bu, real müdafiə üçün bəzi praktiklik müdafiə səviyyəsi təşkil edir, sadəcə «işarə» üçün yox.


Putin komandasının paytaxtı bu cür müdafiə mərhələsinə keçirməsi onu göstərir ki, artıq Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibə kuliminasiya mərhələsinə qədəm qoyur və Putin rejiminin total məğlubiyyət finalı uzaqda deyil.скачать dle 12.1