Bia.Az

“Kadırov Putinin ölümündən sonra özü üçün xilas planı hazırlayıb...”

Dünya
 22-01-2023, 16:19     168

Çeçen yaraqlılarının lideri Ramzan Kadırov hiss edir ki, Rusiya prezidenti Vladimir Putinin hakimiyyətdən kənarlaşdırılacağı və ya ölümündən sonra onu çox təhlükələr gözləyir və özünü xilas etmək lazım gələcək. O cümlədən, o, öz ordusunun müdafiəsinə ümid edir.
 
Sfera.az xəbər verir ki, bunu rusiyalı müxalifətçi, jurnalist və sosioloq İqor Yakovenko "УНИАН" kanalında bəyan edib.
 
O, deyib ki, Kadırov özü üçün artıq "ehtiyat hava limanları" hazırlayıb.
 
"O, anlayır ki, Putinin ölümündən və ya hakimiyyətdən kənarlaşdırıldıqdan sonra onu parçalayacaqlar.
 
Kadırov şübhəsiz, ümid edir ki, öz ordusu onu qoruyacaq. Bu adam dollar milyardçısıdır və tamamilə əmindir ki, onun ehtyat hava limanları vardır. Bu, hansısa müsəlman ölkələrindədir", - müxalifətçi qeyd edib.
 
Onun sözlərinə görə, Kadırov beynəlxalq siyasət aparır, bu da ona bir sıra müsəlman ölkələrində özünə sığınacaq tapmağa imkan verəcək.
 
"Ümumiyyətlə, bu adamlar kifayət qədər səmərəli beynəlxalq siyasət aparır. Faktiki olaraq hər birinin özünün xarici işlər nazirliyi var.
 
Bu, həm Lavrovdan daha səmərəli hərəkət edən Priqojinə, həm də öz beynəlxalq siyasətini aparan Kadırova aiddir", - Yakovenko deyib.
 
Dünən, yanvarın 21-də, Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) analitikləri Kadırovla bağlı belə bir iddialı məlumat yayıb: 
 
"Kadırov Ukraynada qazi və imamlardan Qafqazın müsəlman əhalisinin Ukraynanın işğal edilmiş ərazilərinə uzunmüddətli köçürülməsi məqsədilə sosial şəraitin yaradılması üçün istifadə etməyə ümid edə bilər, hərçənd, hər hansı belə planların olması barədə müstəqil sübutlar yoxdur", - ISW iddia edib.
 
Sonradan bəlli olub ki, Kadırov Ukraynanın müvəqqəti işğal edilmiş ərazilərində öz təsirini artırmağa can atır. Öz hərəkətləri ilə o, Kremldə gərginliyi gücləndirir./Moderator.azскачать dle 12.1