Bia.Az

TƏCİLİ! 6 ölkədə BÖYÜK XAOS başladı - Avropada nə baş verir?

Dünya
 21-01-2023, 15:33     164

Avropada hər gün yeni bir sektorun təşkil etdiyi etirazlar ölkələri çətin vəziyyətdə qoyub. Tətillər dövlət xidmətlərini iflic etdiyi üçün xəstəxanalarda həkim, məktəblərdə müəllim tapılmır. Fransa və Yunanıstanda nümayişçilər polislə toqquşub, İngiltərə və Fransada isə...

İngiltərə, Fransa, İtaliya, Portuqaliya, Yunanıstan və İspaniya... Avropa ölkələri hər gün yeni etiraz dalğası ilə titrəyir. Koronavirus pandemiyasından ziyanla çıxan Avropa iqtisadiyyatı Ukrayna müharibəsinin səbəb olduğu qaz böhranı ilə daha dərin problemlərlə üzləşməyə başlayıb. Yüksək enerji, kirayə və ərzaq qiymətləri səbəbindən artan yaşayış xərclərinə görə tətillər və etirazlar başlayıb.
63cba6054e3fe1120c59bc72.jpg (131 KB)
Musavat.com xəbər verir ki, ötən ay kütləvi istefalardan ağır zərbə alan İngiltərə gələn ay səhiyyə işçilərinin, müəllimlərin və dəmiryol işçilərinin tətilləri ilə mübarizə aparmalı olacaq.
İspaniyada təxminən 2 aya yaxındır tətil edən həkimlər və səhiyyə işçiləri yanvarın 15-də Səhiyyə Nazirliyinin qarşısında bir araya gələrək 2023-cü il artımına etiraz ediblər.
Portuqaliyada ölkənin hər yerindən müəllimlər paytaxt Lissabonda toplaşaraq nümayiş keçiriblər.
63cba5cb4e3fe1120c59bc6e.jpg (93 KB)
İtaliyada yüzlərlə işçi Ticarət Nazirliyi qarşısında etiraz aksiyası keçirib, Yunanıstanın paytaxtı Afinada 24 saatlıq tətildən sonra küçələrə çıxan etirazçılar polislə toqquşub.
Fransada hər şey daha mürəkkəbdir. Fransa prezidenti Emmanuel Makronun pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsi ölkədə sərt reaksiya ilə qarşılanıb. Dünən keçirilən yürüşdə bir milyondan çox insan iştirak edib. Etiraz ictimai nəqliyyat, təhsil və ictimai xidmətləri iflic edib.
Parisin Bastiliya meydanında nümayişçilərdən bəziləri polislə toqquşub. Fəallar təhlükəsizlik qüvvələrinə şüşə, zibil və tüstü bombaları atıb, qarşı tərəf isə gözyaşardıcı qazla cavab verib. Təkcə Parisdə 400 min insanın iştirak etdiyin növbəti böyük etirazın yanvarın 31-də keçiriləcəyi açıqlanıb.
63cba5f04e3fe1120c59bc70.jpg (97 KB)
Kommunal xidmətlərdəki fasilələr İspaniyada da böyük böhrana səbəb olub. Həkimlər, tibb bacıları və digər səhiyyə işçiləri iş şəraitinə və özəlləşdirmə siyasətinə etiraz edirlər. Bir aydan çox davam edən tətillər səhiyyə xidmətlərinin dayandırılmasına səbəb olub. İspaniya xalqı üçün xəstəxanada həkim qəbuluna düşmək böyük bir zülmə çevrilib.
Ölkədə problem yaşayan tək sahə səhiyyə deyil, aviasiya sektorundakı tətillər turizm sektorunu dalana dirəyib.
Portuqaliyada müəllimlərin davam edən tətili səbəbindən məktəblər boş qalıb, valideynlər bu vəziyyətə qarşı üsyan edirlər./Musavat.comскачать dle 12.1