Bia.Az

Ermənistan XİN rəhbərindən BMT baş katibinə absurd xahiş

Dünya
 17-01-2023, 01:24     192

“Ermənistan Dağlıq Qarabağa və Laçın dəhlizinə faktaraşdırıcı missiya göndərməyi vacib sayır”.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bu absurd mövqeni Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT-nin baş katibi Antonio Quterreşlə söhbətində açıqlayıb.

Telefon danışığı zamanı regionda baş verən son hadisələr müzakirə olunub.

Ararat Mirzoyan həmsöhbətinə Laçın yolunun guya “bağlanması” ilə bağlı Qarabağda yaranmış “humanitar böhran”ın təfərrüatlarını təqdim edərək, beynəlxalq strukturların, xüsusən də BMT-nin məqsədyönlü reaksiyasının və effektiv addımlarının vacibliyini vurğulayıb. Mirzoyan iddia edib ki, “Azərbaycan noyabrın 9-da üçtərəfli bəyanatın müddəalarını və beynəlxalq humanitar hüququn prinsiplərini kobud şəkildə pozur”.
Hazırkı vəziyyətdə Ermənistan tərəfi Qarabağa və Laçın dəhlizinə faktaraşdırıcı missiyanın göndərilməsinin, eləcə də BMT-nin müvafiq qurumları üçün Qarabağa humanitar yardımların maneəsiz çıxışının təmin edilməsinin vacibliyini vurğulayan Mirzoyana BMT baş katibinin cavabına erməni mediası nədənsə yer ayırmayıb.скачать dle 12.1