Bia.Az

“UKRAYNANI POLİQONA ÇEVİRƏK...” - Solovyov molla rejimini köməyə çağırır + VİDEO

Dünya
 10-01-2023, 15:54     135

Rusiyanın Ukraynada düşdüyü acınacaqlı vəziyyət onu bütün sivil dünyanın üz çevirdiyi rejimlərə “əl açmağa” vadar edir.

 “Dünyanın ikinci ordusu”nun İran, Şimali Koreya kimi ölkələrdən silah alması, yardım istəməsi artıq heç kimə sirr deyil.

“AzPolitika.info” xəbər verir ki, Kremlin ən iyrənc təbliğatçılarından olan Vladimir Solovyov son verilişində studiyadakı “ekspertlərə” və Kremlə məsləhət görüb ki, Rusiya avtoritar dövlətlərə öz silahlarını Ukraynada sınaqdan keçirmək üçün şərait yaratsın: “Niyə məsələn, Şanxay Əməkdaşlıq Təşkilatı bazasında hərbi ittifaq yaradılmasın? Niyə Ukraynanı Şimali Koreya, İran, Çin, Venesuela, Nikaraqua, Kuba silahları üçün poliqona çevirməyək?... Niyə İran İnqilabı Keşikçilərini, Şimali Koreya döyüşçülərini, Venesuela döyüşçülərini cəlb etməyək? Kubalı yoldaşları... Onların böyük təcrübəsi var. Hesab edirəm ki, dünya imperializminə qarşı mübarizə aparırıqsa, anti-imperialist gücləri birləşdirməliyik...”
Göründüyü kimi, həyasızlığın ən yüksək akordlarını vurmağa nail olan Kreml təbliğatı indi də Ukraynadakı işğalçılıq savaşını anti-imperialist akt kimi təqdim etməyə çalışır. Gülməlidir ki, bundan bir müddət əvvəl Putin özünü I Pyotrla müqayisə edərək, Rusiya imperiyasının torpaqlarını qaytarmaqla məşğul olduğunu açıq bəyan etmişdi. Yəni Ukraynadakı savaş məhz Rusiyanın özünün imperiya maraqlarının açıq təcəssümüdür.

Solovyovun kömək istədiyi ölkələrə gəlincə, hazırda İran İnqilab Keşikçiləri və molla rejimi başda olmaqla, sadalanan digər avtoritar rejimlərin özləri çətin durumdadır. Odur ki, boğulmaqda olan Kremlin yapışmağa çalışdığı “saman çöpləri”ndən də haray olmayacaq...

скачать dle 12.1