Bia.Az

Rays və Qeytsdən Putinin planı ilə bağlı şok...

Dünya
 8-01-2023, 15:25     137

Rusiya hərbi əməliyyat zamanı işğal etdiyi əraziləri Ukraynaya verməyəcək və gələcəkdə Qərbə hücum üçün bu ərazilərdən tramplin kimi istifadə edəcək.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays və Pentaqonun keçmiş rəhbəri Robert Qeytsin “Vaşinqton Post” qəzetində dərc olunan birgə məqaləsində qeyd edilib.

“Rusiya Prezidenti Vladimir Putin üçün məğlubiyyət variantı yoxdur. O, Rusiyanın tərkibinə qatdığı dörd şərq bölgəsini Ukraynaya verə bilməz.

 Əgər bu il hərbi uğur qazana bilməsə, o, Ukraynanın şərqi və cənubundakı mövqelərə nəzarəti saxlayacaq, gələcəkdə yenidən hücum üçün tramplin kimi bu ərazilərdən istifadə edəcək. Rusiya Ukraynanın Qara dəniz sahillərinin qalan hissəsi, bütün Donbas üzərində nəzarəti bərqərar etməlidir. Daha sonra isə qərbə doğru hərəkət edəcək”, - məqalədə vurğulanıb.

ABŞ-ın müdafiə və diplomatik idarələrinin keçmiş rəhbərləri bu gün Ukraynanın bütün iqtisadiyyatı və hərbi potensialının Qərbin köməyindən asılı olduğunu bildiriblər:

"Ukrayna qoşunları cəbhədə irəliləyişə nail ola bilməsə, Qərbin Kiyevə təzyiqi aylarla davam edən hərbi durğunluq fonunda artacaq".
Məqalədə iddia edilib ki, Putin səbirli davranacaq - necə ki, Krımın ilhaqından sonra 8 il gözlədi.скачать dle 12.1