Bia.Az

Baydendən Putinin atəşkəs qərarına reaksiya

Dünya
 6-01-2023, 01:17     131

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinin Ukraynada 36 saatlıq atəşkəs qərarına cavab vermək istəməyib.

Axar.az xəbər verir ki, bu barədə jurnalistlərin suallarını cavablandıran Ağ Ev rəhbəri Putinin qərarının özlərinə sərf etdiyini bildirib.

"Putinin dediklərinə cavab vermək istəmirəm. Düşünürəm ki, o, bir az oksigen almağa çalışır", - Bayden söyləyib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya Milad bayramı ilə əlaqədar yanvarın 6-sı saat 12:00-dan yanvarın 7-si saat 24:00-dək Ukraynanın bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib.скачать dle 12.1